Xəbərlər
MÜƏLLİM ÖMRÜ – İSMAYIL MÜƏLLİMƏ TƏBRİK!

MÜƏLLİM ÖMRÜ – İSMAYIL MÜƏLLİMƏ TƏBRİK!
Bu gün Ağcabədi rayonu Mirzə Ələkbər Sabir adına Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Məmmədov İsmayıl Məmməd oğlunun doğum günüdür!
Müəllim ömrü – zəhmət, fədakarlıq və mənəvi zənginlik nümunəsi!
İsmayıl müəllimin şərəfli həyat və fəaliyyət yolu yalnız pedaqoji fəaliyyəti ilə məhdudlaşmır. O, ədəbi yaradıcılığı ilə də seçilərək Yazıçılar Birliyinin təsis etdiyi “Qızıl qələm” mükafatına layiq görülüb.
Həmkarlar ittifaqının fəal üzvü olan İsmayıl müəllim mədəni-kütləvi tədbirlərdə və ictimai işlərdə yaxından iştirak edir. Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi tərəfindən yaradılmış voleybol komandasına rəhbərlik edərək sağlam həyat tərzinin, idmanın və kollektiv həmrəyliyinin təşviqinə töhfə verir.
İsmayıl müəllim, Sizi doğum gününüz münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi adından təbrik edirik!
Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi mədəni-kütləvi tədbirlərin təşkili ilə seçilən təhsil müəssisələrindən biridir.
Məktəbin fəal həmkarlar ittifaqı üzvlərinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı şagirdlərə Fətəli xan Xoyskinin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında göstərdiyi tarixi xidmətlər haqqında ətraflı məlumat verilib.
Tədbirin təşkilatçıları məktəbin fəal həmkarlar ittifaqı üzvləri — Azərbaycan dili və ədəbiyyatı müəllimi Şirinova Şəlalə Əhliman qızı ,məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Babayeva Ülviyyə Rasim qızı və tarix müəllimi Mehtiyeva Nəzəmiyyə Nadir qızı olublar.
Tədbirin əsas məqsədi şagirdlərə milli tariximizi və dövlətçilik ənənələrimizi dərindən tanıtmaq, görkəmli şəxsiyyətlərimizin zəngin irsini yaşatmaq, eləcə də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.
Belə maarifləndirici tədbirlər gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli kimlik şüurunun formalaşdırılması və Azərbaycan dövlətçiliyinə hörmət hissinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirildi

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirildi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirildi
Tədbirlərdə həmkarlar ittifaqının üzvləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak etdi
Keçirilən tədbirlərdə müəllim əməyinə verilən yüksək dəyər vurğulanıb, təhsil işçilərinə xoş arzular çatdırılıb və onların peşə fəaliyyətində uğurlar arzulayıb.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
QRT-nin Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Qarabağ Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İdarə müdiri Sənan Mənsimli təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin gələcək nəslin yetişdirilməsində və cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. İdarə müdiri bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra bir qrup müəllim çıxış edərək müəllimlik peşəsinin məsuliyyətindən, təhsil sahəsində həyata keçirilən yeniliklərdən və müəllim əməyinə göstərilən diqqət və qayğıdan bəhs edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər.
Təhsildə nailiyyətləri və səmərəli fəaliyyəti ilə fərqlənən Ağcabədi təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi təltif olunub. Təltif olunanlara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müəllimlərə həsr olunmuş şeirlər, musiqi nömrələri və bədii kompozisiyalar nümayiş etdirilib.
Bütün müəllimlərimizi və təhsil işçilərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!
65 yaş həddi ilə əmək fəaliyyətini başa vuran müəllim ilə görüş keçirilib

65 yaş həddi ilə əmək fəaliyyətini başa vuran müəllim ilə görüş keçirilib
Ağcabədi rayon Qaraş Əliyev adına Hindarx qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Həmkarlar İttifaqı təşkilatının sədri Əliyeva Minarə İsbəndiyar qızının təşəbbüsü ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və 65 yaş həddi ilə əmək müqaviləsinə xitam verilən Xuduyeva Sevil müəllimin doğum günü münasibətilə görüş təşkil olunub.
Görüşdə məktəbin kollektivi və Həmkarlar İttifaqı təşkilatının sədri, Sevil müəllimənin uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyətdən, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərindən və təhsil sahəsinə verdiyi dəyərli töhfələrdən söz açıblar.
Məktəbin ibtidai sinif müəllimi Xuduyeva Sevil Xuduş qızı 65 illik yubileyi münasibətilə uzun illər davam edən pedaqoji fəaliyyətini başa vuraraq həmkarları ilə vidalaşıb.
Sevil müəllimənin müəllimlik fəaliyyəti yalnız dərs deməklə məhdudlaşmayıb. O, illər ərzində öz biliyi, zəhməti, məsuliyyəti və şagirdlərə göstərdiyi qayğı ilə neçə-neçə nəslin formalaşmasına böyük töhfə verib. Onun zəngin pedaqoji fəaliyyəti məktəbin tarixində və həmkarlarının xatirəsində xoş izlərlə qalacaq.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və doğum günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi tərəfindən Xuduyeva Sevil Xuduş qızı hədiyyə və Fəxri fərman ilə təltif edilib.
Sevil müəllimə can sağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatında xoş günlər arzulayırıq!
Təhsil müəssisələrində çalışan Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib

Təhsil müəssisələrində çalışan Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin dəstəyi ilə rayonun ümumtəhsil müəssisələrində silsilə tədbirlər davam etdirilir.
Bu çərçivədə təhsil müəssisələrində çalışan Qarabağ müharibəsi iştirakçıları və qazilərlə görüş təşkil olunub.
Görüşdə Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, göstərdikləri şücaət və fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunmuş müəllim-döyüşçülər iştirak ediblər.
Onlar “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “Laçının azad olunmasına görə” və digər medallarla təltif ediliblər.
Vətən qarşısında hərbi borcunu şərəflə yerinə yetirən müəllim-döyüşçülər bu gün də təhsil sahəsində öz nümunəvi fəaliyyətləri ilə seçilir, gənc nəslin təlim-tərbiyəsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə və sağlam vətəndaş mövqeyinin formalaşdırılmasına dəyərli töhfələr verirlər.
Görüş zamanı müharibə iştirakçısı olan müəllimlərin keçdikləri döyüş yolu, göstərdikləri qəhrəmanlıq və bu gün təhsil sahəsindəki fəaliyyəti xüsusi ehtiramla qeyd olunub.
Vətən uğrunda döyüşən, bu gün isə gələcək nəsilləri yetişdirən qəhrəman müəllimlərimizi peşə bayramı – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!
Ağcabədidə Beynəlxalq Müəllimlər Günü qeyd olunur

Ağcabədidə Beynəlxalq Müəllimlər Günü qeyd olunur
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin dəstəyi ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Bu çərçivədə Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi ilə görüş keçirilib.
Qarabağ müharibəsinin ağrı-acısını yaxından yaşayan, hər bir ailəsində şəhid, qazi və müharibə iştirakçısı olan məktəbin kollektivi Vətənə və təhsilə bağlılığı ilə seçilir.
Görüş zamanı vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verən və yüksək nailiyyətlər əldə edən müəllimlər peşə bayramı – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunublar.
Müəllimlərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq!
"Mən bir müəlliməm” layihəsi

"Mən bir müəlliməm” layihəsi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Ağcabədi Rayon Komitəsi tərəfindən həyata keçirilən “Mən bir müəlliməm” layihəsinin iştirakçısı – Ağcabədi şəhər Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Gülşən Səlimova 2015-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğuldur.
Müxtəlif illərdə Ağcabədi rayonunun ümumtəhsil məktəblərində coğrafiya müəllimi kimi fəaliyyət göstərib və hazırda Ağcabədi şəhər Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirir.
2024-cü ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 100 mümkün baldan 95 bal toplayaraq yüksək nəticə göstərib.
2025-ci ildə Müəllimlərin Sertifikatlaşdırılması imtahanında iştirak edərək maksimum nəticə – 60 bal əldə edib.
Pedaqoji fəaliyyətində göstərdiyi uğurlara görə Gülşən Səlimova müxtəlif qurumlar tərəfindən təltif olunub. O, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman”, ADPU-nun Ağcabədi filialı və Qarabağ Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
2026-cı ilin mart ayında Qarabağ Regional Təhsil İdarəsi tərəfindən Qarabağ regionu üzrə “Örnək müəllim” seçilib.
Gülşən Səlimova tədris prosesində müasir təlim üsullarından səmərəli istifadə edir, şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirir. Dərslərində demokratik dəyərlərin təşviqi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, şagirdlərin dünyagörüşünün və ümumi inkişaf səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasında yer alır.
Həmkarlar ittifaqının fəal üzvüdür. ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkil etdiyi “Mən bir müəlliməm” layihəsi çərçivəsində onun pedaqoji fəaliyyətinin 10 illiyi münasibətilə Ağcabədi Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunması onun əməyinə verilən dəyərin göstəricisidir
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub
Təltif olunanlar sırasında Səlimova Gülşən Mahir qızı – Ağcabədi şəhəri Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi də yer alıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi olaraq Gülşən müəllimi bu yüksək təltif münasibətilə təbrik edir pedaqoji fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq!
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə #Ağcabədi, #Qazax, #Tərtər, #Oğuz, #Biləsuvar, #Beyləqan, #Səlyan, #Gədəbəy, #Füzuli, #Lerik, #Neftçala, #Quba rayonlarında və #Yevlax şəhərində təhsil işçiləri ilə görüşlər keçirilib.
Ağcabədi rayon Şahsevən və Pərioğullar kənd tam orta ümumtəhsil məktəblərində keçirilən görüşdə Elm və Təhsil İşçiləri Respublika Komitəsinin müşaviri Vüsal Əliyev də iştirak etdi.
Tədbirlərdə müəllim əməyinə göstərilən ehtiram ifadə olunub, pedaqoqların təhsilin inkişafında və gənc nəslin formalaşmasında xidmətləri vurğulanıb. Müəllimlər #peşə #bayramı münasibətilə təbrik edilib, onlara fəaliyyətlərində yeni uğurlar arzulanıb.
Silsilə tədbirlər digər şəhər və rayonlarda davam etdirilir.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi Rayon Şəhidlər Xiyabanı ziyarət edildi

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi Rayon Şəhidlər Xiyabanı ziyarət edildi
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini və tədrisin keyfiyyəti sektorunun müdiri , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin sədri, Ağcabədi rayon üzrə Təhsil Sektorunun müdiri və məktəb direktorlarının iştirakı ilə Ağcabədi Rayon Şəhidlər Xiyabanı ziyarət edilib.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
27 Sentyabr – Anım Günü tədbiri keçirildi

27 Sentyabr – Anım Günü tədbiri keçirildi
Ağcabədi rayonu Rabil Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Çıxışlarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətən oğullarının göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olundu.
Taynaq kənd Rabil Quliyev adına tam orta ümumtəhsil məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə kənd məzarlığında uyuyan şəhidlərimizin məzarlarının ətrafı təmizləndi, ərazilərdə gül və ağac kolları əkildi.
Şagirdlərin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin müqəddəs xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti vurğulandı.
Şəhid oğulların əziz xatirəsi ehtiramla yad edildi

Şəhid oğulların əziz xatirəsi ehtiramla yad edildi
27 Sentyabr – Anım Günü münasibətilə Ağcabədi rayonunun təhsil müəssisələrində fəaliyyət göstərən və Qarabağ müharibəsində iştirak etmiş müəllimlərin iştirakı ilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.
Mərasimin əsas məqsədi 27 Sentyabr – Anım Günü münasibətilə Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, onların şərəfli döyüş yolunu və göstərdikləri qəhrəmanlıqları gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram hissini bir daha nümayiş etdirməkdir.
İkinci Qarabağ müharibəsində 700-dək təhsil işçisi və müəllim qəhrəmanlıqla döyüşmüş, 20-dən çox müəllim Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid müəllimlər ölümündən sonra müxtəlif medallarla, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Anım mərasimində iştirak edən müəllimlər Şəhidlər Xiyabanında şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın məzarlarını ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasim zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq və döyüş yoldaşları ilə bağlı xatirələrdən söz açılıb.


